...

Türkiyə və Azərbaycan beynəlxalq avtomobil daşımaları məsələsini müzakirə edəcəklər

Siyasət Materials 5 İyun 2013 12:21 (UTC +04:00)
İyunun 6-7-də tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində Beynəlxalq Avtomobil Daşımaları üzrə Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçiriləcək.
Türkiyə və Azərbaycan beynəlxalq avtomobil daşımaları məsələsini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İzzət/

İyunun 6-7-də tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində Beynəlxalq Avtomobil Daşımaları üzrə Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçiriləcək.

Nəqliyyat Nazirliyinin mətabuat xidmətindən Trend-ə verilən məlumata görə, Türkiyənin Ankara şəhərində keçiriləcək iclasda Nəqliyyat Nazirliyi də təmsil olunacaq.

İclasda beynəlxalq avtomobil daşımalarına dair hər iki ölkə üçün qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə edilməsi planlaşdırılıb.

Beynəlxalq Avtomobil Daşımaları üzrə Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının iclasında Nəqliyyat Nazirliyinin, həmçinin nazirliyin müvafiq qurumlarının nümayəndələrinin iştirakı da nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti