...

Spiker: Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Siyasət Materials 5 İyul 2013 12:07 (UTC +04:00)
Xorvatiya Azərbayvcan ərazi bütüövlüyünü daim tanıyıb, bundan sonra da tanıyacaq. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birtərəfli referendumları və bu kimi cəhdləri tanımırıq. Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Xorvatiya Respublikası parlamentinin sədri İosip Leko Bakıda jurnalistlərə açıqlamasında bildirib.
Spiker: Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İ.İzzət/

Xorvatiya Azərbayvcan ərazi bütüövlüyünü daim tanıyıb, bundan sonra da tanıyacaq. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birtərəfli referendumları və bu kimi cəhdləri tanımırıq. Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Xorvatiya Respublikası parlamentinin sədri İosip Leko Bakıda jurnalistlərə açıqlamasında bildirib.

Spiker bildirib ki, Xorvaiya Avropa Birliyinin üzvü kimi o qurumda da Azərbaycanla bağlı eyni siyasəti həyata keçirir: "Xorvatiya, həmçinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə və beynəlxalq hüquq prinsinpləri çərçivəsində həllinin tərəfdarıdır. Biz bu istiqamətdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyirik".

Lakin Leko Xorvatiya parlamentində Xocalı soyqırımının tanınması ilə bağlı suala cavab verməkdən imtina edib.

Qeyd edək ki, İosip Lekonun Bakıya səfərinin məqsədi Azərbaycanın və Xorvatiyanın qanunverici orqanları arasında və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaqdır.

Qonaq Bakıda Azərbaycan tərəfi ilə müxtəlif sahələrdə danışıqlar aparacaq. Eyni zamanda, Bakıda Xorvatiyanın Milli Günü və Avropa İttifaqına üzv seçilməsi münasibətilə keçiriləcək mərasimdə iştirak edəcək.

Səfər çərçivəsində Xorvatiya Respublikası parlamenti sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Xorvatiya parlamentinin spikeri İosip Lekonun başçılıq etdiyi deputatlardan ibarət nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət edib.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti