...

Əhməd Davudoğlu: "Hizbullah" yaraqlıları Suriyanı tərk etməlidirlər

Siyasət Materials 13 İyul 2013 10:56 (UTC +04:00)
Livanın "Hizbullah" hərəkatının yaraqlıları Suriyanı tərk etməlidirlər.
Əhməd Davudoğlu: "Hizbullah" yaraqlıları Suriyanı tərk etməlidirlər

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Tağıyeva/

Livanın "Hizbullah" hərəkatının yaraqlıları Suriyanı tərk etməlidirlər. Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iranlı həmkarı Əli Əkbər Salehi ilə görüşü zamanı bildirib.

Davudoğlunun sözlərinə görə, "Hizbullah" yaraqlıları da daxil olmaqla xarici qüvvələr Suriyada rejimin tərəfində vuruşurlar.

Nazir bildirib ki, Suriyanın Kusayr vilayətindəki qətliamı məhz "Hizbullah" yaraqlıları törədiblər: "Məlumdur ki, Suriya böhranının həll olunması üçün ilk növbədə xarici qüvvələrin nümayəndələri Suriyanı tərk etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti