...

Fərhad Abdullayev: Azərbaycanda keçiriləcək prezident seçkilərilə bağlı məhkəməyə edilən müraciətlərin sayının daha az olmasına çalışmalıyıq

Siyasət Materials 29 İyul 2013 12:33 (UTC +04:00)
Çalışmaq lazımdır ki, Azərbaycanda keçiriləcək prezident seçkilərlə bağlı məhkəməyə edilən müraciətlərin sayı daha az olsun. Bu, seçki komissiyaları tərəfindən prosesin daha düzgün təşkil edilməsindən çox asılıdır.
Fərhad Abdullayev: Azərbaycanda keçiriləcək prezident seçkilərilə bağlı məhkəməyə edilən müraciətlərin sayının daha az olmasına çalışmalıyıq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İzzət/

Çalışmaq lazımdır ki, Azərbaycanda keçiriləcək prezident seçkilərilə bağlı məhkəməyə edilən müraciətlərin sayı daha az olsun. Bu, seçki komissiyaları tərəfindən prosesin daha düzgün təşkil edilməsindən çox asılıdır. Trend xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların ilk günündə çıxışı zamanı bildirib.

"Seçki hüququnun konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri" mövzusunda çıxış edən Konstitusiya Məhkəməsinin sədri bildirib ki, seçkilərlə bağlı məhkəmələrə çoxlu müraciətlər olur. Onların bir qismi də bəzi hallarda işlərin düzgün təşkil edilməməsi və seçicilərin seçki hüququnun təmin olunmaması ilə bağlı olur.

F.Abdullayev qeyd edib ki, seçkilərlə bağlı Konstitusiya Məhkəməsinin icraatında da bir neçə dəfə işlər olub: "Vətəndaşlar bilməlidirlər ki, məhkəmə tərəfindən onların şikayətlərinə dərhal baxıla bilir. Bu da insan hüquq və azadlıqlarının təmin olunması baxımından mühüm amildir."

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasını qəbul edərkən öz prioritetlərini müəyyənləşdirib. Bundan əlavə, Azərbaycan Avropa Konvensiyasına qoşulub. Ümumiyyətlə, Azərbaycan öz gələcəyini müəyyənləşdirən mühüm beynəlxalq qanunlara imza atıb: "Biz bu proseslərdə biliklərimizi rəhbər tutmalıyıq və seçkilərdə dürüstlüyün təmin olunmasına çalışmalıyıq."

F.Abdullayev qeyd edib ki, seçkilərin nəticələrinin Konstitusiya Məhkəməsi tərəfindən elan olunması çox vacibdir və əhəmiyyətlidir.

F.Abdullayev həmçinin əlavə edib ki, MSK-nin fəaliyyətində böyük mütərəqqi dəyişikliklər var. MSK beynəlxalq qurumlarla daha sıx əməkdaşlıq edir və ümumdunya seçki proseslərindən geri qalmır: "Seçkilərin gözəl keçirilməsi ölkənin dünya birliyinə yaxşı mənada nümayiş etdirilməsi baxımından çox gözəl imkandır."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti