...

İlham Əliyev Pakistanın yeni seçilmiş Prezidentini təbrik edib

Siyasət Materials 30 İyul 2013 21:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının yeni seçilmiş Prezidenti Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Pakistanın yeni seçilmiş Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının yeni seçilmiş Prezidenti Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan-Pakistan münasibətlərinə xüsusi əhəmiyyət verirəm. Ümidvaram ki, xalqlarımızın iradəsini ifadə edən, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xoş ənənələrinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik".

İlham Əliyev Məmnun Hüseynə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti