...

ABŞ Konqresi İrana qarşı yeni sanksiyaların tətbiqinə səs verdi

Siyasət Materials 1 Avqust 2013 05:04 (UTC +04:00)
ABŞ Konqresi nüvə proqramına görə, İrana qarşı yeni sanksiyaların tətbiqinə səs verdi. Trend RİA Novostiyə istinadən xəbər verir ki, qanun layihəsi il ərzində İrandan alınan neftin tədricən 1 milyon barel azaldılmasını nəzərdə tutur.
ABŞ Konqresi İrana qarşı yeni sanksiyaların tətbiqinə səs verdi

Azərbaycan, Bakı, 1 avqust /Trend /

ABŞ Konqresi nüvə proqramına görə, İrana qarşı yeni sanksiyaların tətbiqinə səs verdi. Trend RİA Novostiyə istinadən xəbər verir ki, qanun layihəsi il ərzində İrandan alınan neftin tədricən 1 milyon barel azaldılmasını nəzərdə tutur.

Məlumatda bildirilir ki, layihə 20 səsə qarşı 400 səslə qəbul edilib.

Qeyd edək ki, sənəd hələ Senatdan və Barak Obamanın imzasından keçməlidir.

Xatıqladaq ki, konqresdə səsvermə İranın yeni seçilmiş prezidenti Həsən Rohaninin çıxışı ərəfəsində baş tutub.

Xəbər lenti

Xəbər lenti