...

Bakıda Beynəlxalq Gənclər Günü qeyd edilib (FOTO)

Siyasət Materials 13 Avqust 2013 15:52 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən "Nifrət Nitqinə Yox Hərəkatı" ("No Hate Speech Movement") kampaniyası çərçivəsində "Park Bulvar"da Beynəlxalq Gənclər Günü qeyd olunub.
Bakıda Beynəlxalq Gənclər Günü qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən "Nifrət Nitqinə Yox Hərəkatı" ("No Hate Speech Movement") kampaniyası çərçivəsində "Park Bulvar"da Beynəlxalq Gənclər Günü qeyd olunub.

ARGTMŞ-dən Trend-ə verilən məlumata görə, tədbirdə beynəlxalq gənclər təşkilatları, yerli təşkilatlar və KİV nümayəndələri iştirak ediblər.

Tədbir zamanı ARGTMŞ-nın sədri Şahin Seyidzadə, Avropa Gənclər Forumunun İdarə Heyətinin üzvü Aleksandra Kamillova və gənclər təşkilatlarının nümayəndələri çıxış ediblər.

Tədbirdə "Nifrət Nitqinə Yox Hərəkatı" ("No Hate Speech Movement") kampaniyası çərçivəsində həyata keçirilən müsabiqədən şəkillərin sərgisi olub və gənclər arasında onlayn "puzzle" oyunu keçirilib.

Tədbirin sonunda "Nifrət Nitqinə Yox Hərəkatı" ("No Hate Speech Movement") kampaniyası çərçivəsində keçirilən foto-müsabiqələrin qalibləri mükafatlandırılıblar.

Qeyd edək ki, ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Forumunun tamhüquqlu üzvüdür və "Nifrət Nitqinə yox Hərəkatı" ("No Hate Speech Movement") kampaniyasının Azərbaycan üzrə milli əlaqələndiricisidir. Kampaniya 2013- cü ilin aprel ayında start götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti