...

Qəbələ sammiti – məqsəd türkdilli regionun rifahıdır

Siyasət Materials 16 Avqust 2013 17:47
Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı öz işinə başladı və Qırğızıstanın Şuradakı sədrliyi Azərbaycana keçdi.
Qəbələ sammiti – məqsəd türkdilli regionun rifahıdır

Trend-i buradan izləyin

Arzu Nağıyev - Trend-in icmalçısı

Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı öz işinə başladı və Qırğızıstanın Şuradakı sədrliyi Azərbaycana keçdi.

Bu gün Azərbaycanın Qəbələ şəhəri ulu babaların arzusunda olduğu birliyin bir simvoluna çevrildi, istər siyasi, istər iqtisadi, istərsə də mənəvi baxımdan vaxtında keçirilən bir tədbirə ev sahibliyi etdi. Görüşü Qırgızıstan Prezidenti Almazbek Atambayev açdı və sədrliyi Azərbaycana verdi.

Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdulla Gül və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də iştirak edirdilər. Məlumdur ki, birinci sammit 2011-ci ildə Qazaxıstanda keçirilib və iqtisadi əməkdaşlığa həsr edilmişdi. Hazırki sammitin gündəliyində duran məsələ türkdili dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlıq və gömrük məsələlərinin sadələşdirməsi idi.

Bundan başqa, türkilli dövlətlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi ön plana çəkilmişdir. Məhz buna görə sammitdən öncə Qəbələdə türkdilli dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirildi və təşkilat daxilində əməkdaşlığın perspektivləri və sammitin gündəliyi müzakirə edildi.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təklif edilən yeniliklər təkcə regionun və ya türk dünyasının iqtisadi mənzərəsinin dəyişməsinə deyil, həm də qardaş xalqların mənəvi dirçəlişinə güclü təsir edə biləcək stimula çeviriləcəyi üçün nəzərdə tutulub. Azərbaycan Prezidenti öz çıxışında əminliklə qeyd etdi ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi, beynəlxalq enerji dəhlizini açdı və bu gələcəkdə nəqliyyat dəhlizinin açılmasına gətirəcəkdir. Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Aralıq dənizi ilə birləşdi və bu doğrudan da böyük bir tarixi hadisədir.

Azərbaycan Prezidentinin səyi nəticəsində qədim İpək Yolunun bərpası artıq reallığa çevrilmişdir. Bütün bu çoxşaxəli layihələr türkdilli xalqları və onların iqtisadiyyatlarını birləşdirir, xalqları bir-birlərinə yaxınlaşdırır.

Bu layihələrdən biri də Avropa və Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryoludur. Bu, bu gün ermənilərin qorxduğu, tikintisinə mane olmağa çalışdıqları ən iri layihədir. Çünki bu dəmiryolu vasitəsilə qitələr birləşir və ölkələrimiz tranzit dövlətlərə çevirilirlər. Bu isə yüz illər boyu gəlir gətirə biləcək maddi rifah, türkdilli regionun dünya iqtisadiyyatının mərkəzinə çevrilməsi deməkdir.

Bunu sammitdə iştirak edən dövlət başçıları da bir daha təsdiq etdilər. Türkiyə Prezidenti Abdulla Gül hesab edir ki, İpək Yolunun müasir konsepsiyası bütün regionun inkişafına töhfə verəcək ortaq bir enerji, nəqliyyat və logistika layihəsidir. Bu layihələr türk dünyasını dünya iqtisadiyyatının inkişaf mərkəzinə çevirəcəkdir.

Doğrudan da, bu layihələr regionun dinamikasını dəyişdirə bilər. Bir anlıq təsəvvür edilsə ki, bu layihələrə Xəzər dənizi vasitəsilə Bakı-Aktau-Türkmənbaşı daimi bərə daşımaları da qoşulur, miqyasın nə qədər möhtəşəm olduğu aydın görünür. Digər istiqamətdə isə İstanbulda Mərmərə tunneli istifadəyə veriləcəyi halda Mərkəzi Asiyanın Avropaya birbaşa çıxışı olur.

Bütün bunlar isə yuxarıda qeyd edildiyi kimi regionda yaşayan xalqların rifahının yüksəlişi deməkdir.

Bir daha qeyd etmək yerinə düşərdi ki, Türkdilli Dövlətlər Şurasının Qəbələdə keçirilən zirvə toplantısı Azərbaycanın regionda əhəmiyyətli dərəcədə artan rolunu göstərir.

Təsadüfi deyil ki, istər Türkiyə rəhbəri Abdulla Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Almazbek Atambayev türkdilli icma daxilində gedən proseslərin böyük əhəmiyyətini dəfələrlə geyd edir, Azərbaycanı və onun rəhbərinin irəli sürdüyü missiyasının əhəmiyyətini və artan rolunu vurğulayır və dəstəkləyirlər.

Avrasiya məkanında geosiyasi baxımdan mühüm mövqe tutan Azərbaycan dövləti təkcə təbii resursları ilə deyil, mənəvi və digər gösəriciləri ilə də regionda lider olmağa qadir olduğunu bir daha göstərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti