Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir E.Mehdiyev/
Müsavat Divanının bazar ertəsi keçirilən toplantısında başqan İsa Qəmbər prezidentliyə namizədliyini Milli Şuranın yeni vahid namizədi Cəmil Həsənlinin xeyrinə geri götürüb. Bu barədə Trend-ə Müsavat Partiyasının mətbuat xidmətindən məlumat verilib.
Toplantıda İsa Qəmbər öz namizədliyini geri götürməyi Divana təklif edib. Divan təklifi müzakirə edərək partiya Məclisinin 4 yanvar tarixli qərarını qüvvədən düşmüş hesab edib.