...

Əli Əliyev: İsa Qəmbər şanslarının olmadığını bildiyindən, namizədliyini geri götürdü

Siyasət Materials 27 Avqust 2013 11:24 (UTC +04:00)
Görünür Müsavat Partiyasının başqanı İsa Qəmbər heç nəyə nail ola bilmədi və öz qərarına yenidən baxmalı oldu. Bu barədə Trend-ə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev İsa Qəmbərin prezidentliyə namizədliyinin geri götürülməsi ilə bağlı qərara münasibət bildirərkən deyib.
Əli Əliyev: İsa Qəmbər şanslarının olmadığını bildiyindən, namizədliyini geri götürdü

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.Mehdiyev/

Görünür Müsavat Partiyasının başqanı İsa Qəmbər heç nəyə nail ola bilmədi və öz qərarına yenidən baxmalı oldu. Bu barədə Trend-ə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev İsa Qəmbərin prezidentliyə namizədliyinin geri götürülməsi ilə bağlı qərara münasibət bildirərkən deyib.

Ə.Əliyevin fikrincə, İsa Qəmbərin başqan postunda prezident seçkilərinə qatılmaq üçün son şansı idi və ona görə də bundan yararlanmaq istəyirdi: "Əks halda İsa Qəmbərin Milli Şura daxilində gərginlik yaratması nə ilə izah oluna bilər?. Belə çıxır ki, İsa Qəmbər süni gərginlik yaradırdı. Ancaq belə deyil".

Ə.Əliyev bildirib ki, ölkədaxili vəziyyətdən məlumatlı olan şəxs kimi İsa Qəmbər bilirdi ki, şansları, imkanları əvvəlki kimi deyil və pərdənin arxasında hökumətdən hansısa güzəştlər gözləyirmiş: "Görünür İsa Qəmbər heç nəyə nail ola bilmədi. Bu, belə deyilsə, 3 aydan artıq müddətdə Milli Şurada yaradılan gərginliyin məntiqsizliyi ortaya çıxır. Başqanlıqdan getməmişdən qabaq istəyirdi ki, partiyaya bir töhfə verib getsin, lakin bu, baş tutmadı. Ona görə də öz qərarına yenidən baxmalı oldu".

Ə.Əliyev İsa Qəmbərin başqan postunda qalıb-qalmaması ehtimalına da münasibət bildirib: "Biz Azərbaycanda partiya liderlərini 20 il eyni səhnənin üst qatında görürük. Bu, dünyada belə olmur. Etiraf etmək lazımdır ki, siyasi baxımdan bacarıqlı adamlar bu məsələdə öz xeyirlərinə müəyyən üstünlüklər əldə etməyə cəhd edirlər və nail də olurlar. Belə olmasaydı İsa Qəmbər 20 ildən artıq bir partiyanın başqanı olmazdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti