...

Sloveniya Azərbaycanla hərbi-texniki əməkdaşlığı genişləndirmək niyyətindədir

Siyasət Materials 28 Avqust 2013 14:19 (UTC +04:00)
Hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, hərbi kadrların hazırlanması və sülhməramlı əməliyyatlarda əməkdaşlıq məsələləri Sloveniyanın müdafiə naziri Roman Yakiçin Azərbaycana avqusutun 29-da edəcəyi səfər zamanı müzakirə ediləcək əsas mövzulardır.
Sloveniya Azərbaycanla hərbi-texniki əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir S.Ağayeva/

Hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, hərbi kadrların hazırlanması və sülhməramlı əməliyyatlarda əməkdaşlıq məsələləri Sloveniyanın müdafiə naziri Roman Yakiçin Azərbaycana avqusutun 29-da edəcəyi səfər zamanı müzakirə ediləcək əsas mövzulardır. Bu barədə Trend-ə açıqlamasında Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşar bildirib.

Səfər Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin dəvəti əsasında baş tutacaq.

Həmçinin səfər çərçivəsində Yakiçin Azərbaycanın digər yüksəkvəzifəli rəsmi şəxsləri ilə görüşləri gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti