...

Əli Əliyev: Milli Şura tədricən İctimai Palata halına gələcək

Siyasət Materials 9 Sentyabr 2013 12:58 (UTC +04:00)
Milli Şura tədricən İctimai Palata halına gələcək. Bu barədə Trend-ə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Milli Şurada yaranan gərginliyi şərh edərkən deyib.
Əli Əliyev: Milli Şura tədricən İctimai Palata halına gələcək

Azərbaycan, Bakı, 9 sentyabr / Trend, müxbir E.Mehdiyev/

Milli Şura tədricən İctimai Palata halına gələcək. Bu barədə Trend-ə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Milli Şurada yaranan gərginliyi şərh edərkən deyib.

Ə.Əliyev qeyd edib ki, artıq bu proses başlayıb və bir azdan Milli Şura yenidən İctimai Palatanın hüdudlarına qayıdacaq: "Heç İctimai Palatadakı partiyaların münasibətləri də o qədər normal deyil və bundan sonra onlar arasında da münasibətlər kəskinləşəcək".

Ə.Əliyev, həmçinin Milli Şuranın namizədi Cəmil Həsənlinin də halına acıdığını deyib: "Gərək o, bu məsələyə razılıq verməyəydi, çünki bir ziyalı olaraq o daha hörmətli idi, nəinki Milli Şuranın namizədi kimi. Əgər o bizim rəqibimizə çevrilibsə, biz onun təmsil etdiyi siyasi qüvvənin hansı qiymətə layiq olduğunu bu seçki kampaniyasında cəmiyyətə çatdıracağıq. Mən təəssüf edirəm ki, onun ziyalı obrazına çox ciddi zərər gələcək".

Ə.Əliyev əlavə edib ki, Milli Şuranın uzunömürlü tarixi ola bilməz: "Çünki insanlar ora yalnız konkret bir məsələ ilə bağlı toplaşmışdılar. Bu məsələdə isə Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlmək məqsədi güdülürdü. Lakin ilkin mərhələdə Rusiyanın dəstəyi onlara vəd edilsə də, sonrakı mərhələdə Rusiya onların arxasından qaçdı və vəsait ayırmadı. Və bu səbəbdən onların ixtilaf tarixi yenidən baş qaldırıb".

Ə.Əliyev vurğulayıb ki, Milli Şuradakı partiyalar bir-birləri ilə yola getmir, öz daxillərində bir-birlərinə dərin nifrət hissi yaşadırlar və ümumi maraq aradan qalxdıqdan sonra onların məişət, gündəlik və digər maraqları təşkilatın dağılmasına gətirib çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti