...

Əhməd Davudoğlu: Türkiyə SQ ölkə sərhədlərini qorumaq üçün hər şey edəcək

Siyasət Materials 17 Sentyabr 2013 13:32 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri (SQ) ölkə sərhədlərini müdafiə etmək üçün istənilən addımı atmağa hazırdır.
Əhməd Davudoğlu: Türkiyə SQ ölkə sərhədlərini qorumaq üçün hər şey edəcək

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir A. Tağıyeva/

Türkiyə Silahlı Qüvvələri (SQ) ölkə sərhədlərini müdafiə etmək üçün istənilən addımı atmağa hazırdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "A Haber" telekanalına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Türkiyə Suriya Hərbi Hava Qüvvələrindən (HHQ) cavab zərbəsi gözləmir.

Ə. Davudoğlu qeyd edib ki, Türkiyə Suriya helikopterini vurmazdan öncə pilotları ölkə sərhədinə 5 mildən daha az məsafədə yaxınlaşmağın qadağan olması barədə xəbərdarlıq edib: "Lakin helipokterin pilotu xəbərdarlığımızın ciddiliyini nəzərə almadı".

O bildirib ki, ABŞ-ın Suriyanın vurulmuş helikopter məsələsi üzrə mövqeyi Türkiyənin mövqeyi ilə üst-üstə düşür.

Qeyd edək ki, dünən Türkiyənin hava məkanını pozmuş Suriyaya məxsus helikopter Türkiyə HHQ-nin təyyarələri tərəfindən vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti