...

İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını və Vəliəhdini təbrik edib

Siyasət Materials 21 Sentyabr 2013 17:46 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını və Vəliəhdini təbrik edib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir: "Əlahəzrət, Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm".
Məktubda daha sonra bildirilir: "İnanıram ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, çoxşaxəli dostluq əlaqələrimiz və əməkdaşlığımız öz davamlı inkişafı ilə bundan sonra da ölkələrimizin və qardaş xalqlarımızın mənafelərinə xidmət edəcəkdir".

Sonra Prezident bu bayram günündə Səudiyyə Ərəbistanının Kralına ən xoş arzularımı yetirib, möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda da təbrik məktubu göndərib. Məktubda deyilir: "Ölkənizin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına sülh və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti