...

Elmar Məmmədyarov: İsrail və Fələstin arasında birbaşa danışıqların bərpa olunması ilə Yaxın Şərq sülh prosesində ruhlandırıcı inkişafı qeyd etmək istərdik

Siyasət Materials 29 Sentyabr 2013 00:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

İsrail və Fələstin arasında birbaşa danışıqların bərpa olunması ilə Yaxın Şərq sülh prosesində ruhlandırıcı inkişafı qeyd etmək istərdik. Bütün regionu bürümüş mövcud təhlükəli vəziyyət sülh prosesinin müvəffəqiyyətli olmasını əvvəlkilərdən də artıq dərəcədə zəruri edir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, tərəflərin iki dövlət əsasında həllə nail olmaları üçün atılan beynəlxalq səylərə münasibətdə məsuliyyətli yanaşma nümayiş etdirmələri və bu məqsədi təhlükə altına qoya biləcək əməllərdən çəkinmələri mütləq şəkildə vacibdir.

"Fələstindəki iqtisadi, maliyyə və humanitar vəziyyət, xüsusilə regiona humanitar yardımın çatdırılmasının təmin edilməsi kimi davamlı beynəlxalq diqqətin və yardım davam etdirilməsini tələb edir. Bu ilin iyun ayında Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirlərinin Müqəddəs Qüds şəhərinə dəstək məqsədilə Qüds şəhərinin inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı Donor və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfranslarına ev sahibliyi edib. Konfransa qatılan İƏT üzv ölkələri və beynəlxalq təşkilatlar Fələstinin iqtisadiyyatı, səhiyyə və təhsil sistemi və infrastruktur layihələrinin təkmilləşdirilməsinə töhfə vermək üçün maliyyə öhdəlikləri ilə çıxışlar etmişdilər" - deyə o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti