...

Ziyafət Əsgərov: Azərbaycanda Prezidentin şərəf və ləyaqətini qorumaq məqsədi ilə yeni qanun qəbul olunmalıdır

Siyasət Materials 30 Sentyabr 2013 12:52 (UTC +04:00)
Azərbaycanda Prezidentin şərəf və ləyaqətini qorumaq məqsədi ilə yeni qanun qəbul olunmalıdır. Trend-in məlumatına görə, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentin ilk iclasında bildirib.
Ziyafət Əsgərov: Azərbaycanda Prezidentin şərəf və ləyaqətini qorumaq məqsədi ilə yeni qanun qəbul olunmalıdır

Azərbaycan, Bakı, 30 sentyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycanda Prezidentin şərəf və ləyaqətini qorumaq məqsədilə yeni qanun qəbul olunmalıdır. Trend-in məlumatına görə, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentin payız sessiyasının ilk iclasında bildirib.

Z.Əsgərov qeyd edib ki, seçki prosesində bununla bağlı məsələlər yer alır: "Namizədlərin çıxışlarına baxanda görünür ki, bəzi adamlar 1992-ci ilin prinsipləri ilə seçkiyə gedirlər. Ölkə Prezidenti təhqir olunur, ölkə başçısına yerindən duran təhqirlər səsləndirilir. Biz onu qoruya bilirikmi? Konstyitusiyanın 106-cı maddəsi var, biz bu maddə ilə bağlı qanunvericilikdə dəyişiklik edərək yeni qanun qəbul edə bilərik".

Z.Əsgərov qeyd edib ki, Milli Məclisin yaz sessiyasında vətəndaşların şərəf və ləyaqətinin təhqir olunmasına qarşı cəzalar sərtləşdirilib.

Spiker Oqtay Əsədov bildirib ki, seçki debatları hər kəsin simasını göstərir. Azərbaycan Prezidentinə heç bir təbliğat lazım deyil, o 5 illik prezidentliyi dövründə kifayət qədər təbliğatını aparlıb: "O ki qaldı, təhqir edən şəxslərə, onları üçyorğanla da örtsək, eyblərini örtə bilməyəcəyik". Bu səbəbdən də biz hamımız seçkilərdə aktiv iştirak etməliyik və bir daha sübut etməliyik ki, Azərbaycan vətəndaşları düzgün qərar qəbul edirlər".

Spiker Z.Əsgərovun təklif etdiyi məsələnin qanunvericiliyə daxil edilməsinin mümkün olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti