Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İzzət/
Prezidentliyə namizəd Cəmil Həsənlinin seçicilərlə görüşü zamanı döyüldüyünü iddia edən iki nəfərin şikayəti əsasında araşdırma aparılır.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakinləri Polad Dünyamalıyev və Azər Əliyev sentyabrın 30-da Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət ediblər. Onlar bildiriblər ki, sentyabrın 29-da "Bakı" kinoteatrında prezidentliyə namizəd Cəmil Həsənli seçicilərlə görüşü zamanı onun fikrilərinə etiraz ediblər. Bunun qarşılığında görüş iştirakçıları onları döyüblər.
Hazırda şikayətçilərin ərizələri əsasında Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.