...

"Els" Müstəqil Araşdırma Mərkəzi: "Exit-poll"da İlham Əliyev 80,8 faiz səs toplayıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 Oktyabr 2013 19:47 (UTC +04:00)
"Els" Müstəqil Araşdırma Mərkəzinin Azərbaycanda prezident seçkiləri ilə əlaqədar əhali arasında keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb.
"Els" Müstəqil Araşdırma Mərkəzi: "Exit-poll"da İlham Əliyev 80,8 faiz səs toplayıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İzzət/

"Els" Müstəqil Araşdırma Mərkəzinin Azərbaycanda prezident seçkiləri ilə əlaqədar əhali arasında keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb.

Trend xəbər verir ki, bununla bağlı Müstəqil Mətbuat Mərkəzində yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib ki, aparılan sorğu nəticəsində Azərbaycanın hazırkı dövlət başçısı, YAP-ın prezidentliyə namizədi İlham Əliyev 80,8 faiz səslə seçkilərdə qalib gəlib.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə 1,88 faiz, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc 0,65 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev 2,81 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 0,43 faiz, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 0,72 faiz, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev 0,88 faiz, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli 10,55 faiz, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov 0,65 faiz, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 0,63 faiz səs toplayıb.

Qeyd edək ki, Mərkəz seçki günü ölkə üzrə 61 rayonda, 68 seçki dairəsi 400 məntəqədə "exit-poll" keçirib və müşahidələr aparıb. Seçici fəallığının 72,3 faiz olduğu qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti