...

Brahimi Suriya problemini həll etmək üçün Tehrana gedir

Siyasət Materials 20 Oktyabr 2013 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi gələn həftə Tehrana səfər edəcək. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran xarici işlər nazirinin ərəb və Afrika ölkələri ilə iş üzrə müavini Hüseyn Əmir Abullahian bildirib.

L.Brahiminin Tehrana səfəri onun Suriya böhranı üzrə "Cenevrə-2" konfransına dəstək məqsədilə regional turnesinin bir hissəsidir.

Qeyd edək ki, xüsusi nümayəndə artıq Misirdə olub. Onun Suriyaya da gedəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti