...

Azərbaycanlı sosioloq "Azadlıq" qəzetində dərc olunan yalan məlumatları ifşa etdi

Siyasət Materials 23 Oktyabr 2013 17:39 (UTC +04:00)
Trend-in məlumatına görə, bir sıra beynəlxalq sorğu mərkəzlərinin keçirdiyi tədqiqatlarda ekspert qismində iştirak etmiş sosioloq Əli Əliyev çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, prezident seçkilərindən qabaq "Azadlıq" qəzeti öz veb-saytında "facebook"da yayılan məlumatlara istinadən "Cəmil Həsənli beynəlxalq sorğularda qalib gəldi" sərlövhəli xəbər dərc edib.
Azərbaycanlı sosioloq "Azadlıq" qəzetində dərc olunan yalan məlumatları ifşa etdi

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı sosioloq "Azadlıq" qəzetində dərc olunan yalan məlumatları ifşa etdi.

Trend-in məlumatına görə, bir sıra beynəlxalq sorğu mərkəzlərinin keçirdiyi tədqiqatlarda ekspert qismində iştirak etmiş sosioloq Əli Əliyev çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, prezident seçkilərindən qabaq "Azadlıq" qəzeti öz veb-saytında "facebook"da yayılan məlumatlara istinadən "Cəmil Həsənli beynəlxalq sorğularda qalib gəldi" sərlövhəli xəbər dərc edib.

Ə.Əliyev deyib ki, qəzetin yazdığına görə, "Gallup" və CNN güya Azərbaycanda ictimai rəy sorğusu keçirib və hər iki sorğuda Milli Şuranın namizədi Cəmil Həsənli "lider" olub: "Bu qəzetin iki nüfuzlu beynəlxalq strukturun adından yaydığı xəbər yalan və dezinformasiyadır. Məhz buna görə də qəzet bu xəbəri yalnız öz veb-saytına yerləşdirməklə kifayətlənib, satışa çıxarılan kağız variantda yaymaqdan çəkinib".

O vurğulayıb ki, CNN-in saytında Azərbaycanda keçirilən seçkilərlə bağlı dərc olunan yeganə sorğuda respondentlərin 81,2 faizi İlham Əliyevə səs verəcəyini bildirmişdi.

Sosioloq bildirib: "Seçkidən cəmi 1 ay əvvəl İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzinin (the European Centre for Survey Research-ECSR) Azərbaycanda 1550 nəfər arasında keçirdiyi sorğunun nəticələri göstərmişdi ki, seçkiyə qatılanların 88,7%-i öz səsini Prezident İlham Əliyevə verəcək".

Bu sorğu əslində bundan əvvəl Azərbaycanın "Rəy" Monitorinq Mərkəzi, Amerikanın "Arthur J. Finkelstein & Associates" (AJF) təşkilatı, bir sıra yerli və xarici KİV tərəfindən həyata keçirilmiş sorğuların nəticələrini bir daha təsdiq edirdi. Belə olan halda, seçki günü "Gallup" kimi nüfuzlu təşkilatın tamam fərqli nəticələr ortaya qoyması diqqəti cəlb etməyə bilməzdi. "Azadlıq" qəzetindən bildirilib ki, xəbər sosial şəbəkədən götürülüb. Məlum olub ki, CNN-in saytında Azərbaycanda keçirilən seçkilərlə bağlı dərc olunan yeganə sorğu Azərbaycanın "Rəy" Monitorinq Mərkəzinin sentyabrın 22-də keçirdiyi tədqiqatın nəticəsidir. Həmin sorğuda da respondentlərin 81,2%-i İlham Əliyevə səs verəcəyini bildirmişdi. "Arthur J. Finkelstein & Associates" (AJF) təşkilatının apardığı sorğunun nəticələrinə görə isə respondentlərin 90,5%-i İlham Əliyevə səs verəcəyini bildirmişdi.

O ki qaldı Gallup-a, onun bununla bağlı sorğu göndərdiyi təşkilatın mətbuat xidmətinin rəhbəri Stefani Holqado (Stephanie Holgado) bildirib ki, onun təmsil etdiyi qurum Azərbaycandakı prezident seçkiləri ilə bağlı heç bir sorğu keçirməyib.

Ə.Əliyev deyib ki, qəzet yaydığı məlumatın daha inandırıcı görünməsi üçün guya "Gallup" tərəfindən hazırlanmış və prezidentliyə namizədlərin fotoları və faiz göstəriciləri əks olunmuş görüntü də yayıb: "Şirkət belə tədqiqatın ümumiyyətlə aparılmadığını bildirdiyindən, yayılan görüntünün adi montaj olduğu da istisna deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti