...

Moldova ombudsmanı Aureliya Qriqoriu Milli Məclisin Fəxri medalı ilə təltif edilib

Siyasət Materials 31 Oktyabr 2013 17:18 (UTC +04:00)
Moldova ombudsmanı Aureliya Qriqoriu Milli Məclisin Fəxri medalı ilə təltif edilib.
Moldova ombudsmanı Aureliya Qriqoriu Milli Məclisin Fəxri medalı ilə təltif edilib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir M.Əliyev/

Moldova ombudsmanı Aureliya Qriqoriu Milli Məclisin Fəxri medalı ilə təltif edilib.

Trend xəbər verir ki, oktyabrın 31-də Milli Məclisin sədri Oqtay Əsədov III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Moldova ombudsmanı A.Qriqoriu ilə görüşüb.

Milli Məclisin sədri Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyinə və Ermənistan parlamentində çıxış edərək rəsmi Yerevanın azərbaycanlılara qarşı yürütdüyü işğalçılıq siyasətini kəskin tənqid etdiyinə görə Azərbaycan xalqı adından qonağa minnətdarlığını bildirərək deyib: "Sizin bu çıxışınızdan sonra ermənilər tərəfindən təzyiq və təqiblərə məruz qalmağınız onların terrorçu mahiyyətini bir daha göstərdi".

Sonra spiker insan hüquqlarının qorunması sahəsindəki fəaliyyətinə görə Milli Məclisin Fəxri medalını A.Qriqoriuya təqdim edib.

Səmimi görüşə və fəaliyyətinə Azərbaycan Parlamenti tərəfindən verilən yüksək qiymətə görə minnətdarlığını bildirən qonaq deyib ki, Ermənistanın işğalçı dövlət olması gec-tez açıq şəkildə söylənməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti