...

Meksika Azərbaycanda səfirlik açmaq niyyətindədir (FOTO)

Siyasət Materials 6 Noyabr 2013 09:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov ölkə Senatının Asiya-Sakit Okean ölkələri üzrə komissiyasının sədri, senator Teofilo Torres Korzo Senatında görüş keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Meksika arasında parlament diplomatiyasının əhəmiyyəti vurğulanaraq, ikitərəfli siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın potensialına inam ifadə ediblər.

Habelə tərəflər tezliklə Meksikanın Azərbaycanda diplomatik nümayəndəliyinin açılmasının vacibliyini vurğulayaraq, iki ölkə arasında qarşılıqlı səfərlərin təşkilinin Azərbaycan-Meksika münasibətlərinin gələcək inkişafına töhvə verəcəyinə əminlik bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti