...

Azərbaycan Yaşıllar Partiyasının həmsədri istefa verib

Siyasət Materials 20 Noyabr 2013 15:50 (UTC +04:00)
Azərbaycan Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev öz vəzifəsindən istefa verib.
Azərbaycan Yaşıllar Partiyasının həmsədri istefa verib

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev öz vəzifəsindən istefa verib. Bu barədə Trend-ə M.Güləliyev özü məlumat verib.

O, qeyd edib ki, onun istefasının əsas səbəbi Ədalət, İslam və Yaşıllar partiyalarının təmsil olunduğu "Vətən" siyasi blokuna icraçı katib seçilməsi ilə bağlıdır.

M.Güləliyevin sözlərinə görə, Yaşıllar Partiyasının yeni həmsədr seçilməsi məsələsinə partiyanın gələn il keçiriləcək qurultayında baxılacaq. Həmin müddətə qədər partiyaya digər həmsədr Təranə Məmmədova rəhbərlik edəcək.

Qeyd edək ki, Azərbaycan Yaşıllar Partiyasına gender bərabərliyinə əməl etməklə iki həmsədr rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti