...

İran Prezidenti yaxın aylarda Türkiyəyə səfər edəcək

Siyasət Materials 27 Noyabr 2013 17:43 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhani yanvar ayında Türkiyəyə səfər edəcək. Trend-in"Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün Tehranda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə keçirdiyi mətbuat konfransında deyib.
İran Prezidenti yaxın aylarda Türkiyəyə səfər edəcək

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir T.Cəfərov/

İran Prezidenti Həsən Ruhani yanvar ayında Türkiyəyə səfər edəcək. Trend-in"Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün Tehranda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə keçirdiyi mətbuat konfransında deyib.

Ə.Davudoğlu bildirib ki, H.Ruhaninin səfərindən sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfər edəcək. O, Baş nazirin İrana nə vaxt səfər edəcəyini açıqlamayıb.

Türkiyənin XİN rəhbəri İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Tehranda keçirilən iclası çərçivəində İran rəsmiləri ilə bir sıra görüşlər keçirib. İran KİV-in məlumatına görə, görüşlərdə aparılan müzakirələr nəticəsində artıq Türkiyə və İran Suriya probleminin həlli ilə bağlı razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti