...

Vilnüs sammitinin iştirakçıları Aİ və Azərbaycan arasında assosiasiya sazişinə dair danışıqlarda əldə olunmuş irəliləyişi müsbət qiymətləndiriblər

Siyasət Materials 29 Noyabr 2013 16:15 (UTC +04:00)
Vilnüs sammitinin iştirakçıları Avropa İttifaqı və Azərbaycan arasında assosiasiya haqqında sazişə dair danışıqlarda əldə olunmuş irəliləyişi alqışlayıblar.
Vilnüs sammitinin iştirakçıları Aİ və Azərbaycan arasında assosiasiya sazişinə dair danışıqlarda əldə olunmuş irəliləyişi müsbət qiymətləndiriblər

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir S.Əhmədova/

Vilnüs sammitinin iştirakçıları Avropa İttifaqı və Azərbaycan arasında assosiasiya haqqında sazişə dair danışıqlarda əldə olunmuş irəliləyişi alqışlayıblar. Trend-in məlumatına görə, bu barədə III "Şərq tərəfdaşlığı" sammitinin Birgə Bəyannaməsində qeyd olunur.

Bəyannamədə deyilir ki, Aİ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasından sonra hərtərəfli azad ticarət zonasının yaradılmasını nəzərdə tutan sazişə dair danışıqlara başlamağa hazırdır.

Vilnüs sammitinin iştirakçıları bu gün Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsinə dair sazişin imzalanmasını da alqışlayıb və readmissiya sazişinin imzalanmasını səbrsizliklə gözlədiklərini bildiriblər.

Sammit iştirakçıları Azərbaycanla mobillik üzrə tərəfdaşlığa dair saziş üzrə əldə olunan irəliləyişi müsbət hesab ediblər.

Bəyannamədə qeyd olunur ki, Vilnüs sammitinin iştirakçıları Ümumi Aviasiya Məkanı üzrə sazişə dair danışıqların başlanmasını da müsbət qiymətləndiriblər. Onlar Azərbaycan ilə aviasiya sahəsində danışıqlarda növbəti addımların atılmasına səbrsizləndiklərini bildiriblər.

Sammit iştirakçıları "Cənub Qaz Dəhlizi"nin açılması üzrə irəliləyişləri, həmçinin Cənubi Qafqaz qaz kəməri, Trans-Adriatik qaz boru kəməri (TAP) və Xəzər regionunu Aİ ilə birbaşa birləşdirən digər qaz nəqli infrastrukturlarını alqışlayıblar. Onlar Avropanın enerji təchizatının diversifikasiyasında Azərbaycanın strateji rolunu bir daha vurğulayıblar.

"Şərq tərəfdaşlığı" sammitinin iştirakçıları Azərbaycan-Gürcüstan-Rumıniya İnterkonnektoru (AGRI LNG) layihəsinin hazırlanması üzrə addımları da vurğulayıblar. Onlar Azərbaycanın Aİ proqramlarında iştirakına imkan verən protokolların imzalanmasına ümid etdiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti