...

Müsavat Partiyası Milli Şuranın son iclasında yaranan qarşıdurmaya aydınlıq gətirdi

Siyasət Materials 4 Dekabr 2013 11:34 (UTC +04:00)
Müsavat Partiyası Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədr seçilməsi məsələsini müzakirə edərək müvafiq qərar qəbul edəcək. Bu barədə Trend-ə Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı deyib.
Müsavat Partiyası Milli Şuranın son iclasında yaranan qarşıdurmaya aydınlıq gətirdi

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədr seçilməsi məsələsini müzakirə edərək müvafiq qərar qəbul edəcək. Bu barədə Trend-ə Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

A.Hacılı qeyd edib ki, bütün məsələlər əvvəlcədən razılaşdırıldıqdan sonra Milli Şuranın sessiyasının müzakirəsinə çıxarılmalı idi: "Biz Milli Şuranın sonuncu toplantısı ərəfəsində bir sıra təkliflər irəli sürmüşdük və hesab edirdik ki, bu təkliflər Milli Şuranın əsasını təşkil edən siyasi qruplar, ictimai birliklər tərəfindən əvvəlcədən razılaşdırıldıqdan sonra həm Azərbaycan ictimaiyyətinin, həm də Milli Şuranın sessiyasının müzakirəsinə çıxarılacaq. Amma təəssüf ki, belə olmadı".

Onun sözlərinə görə, bəzi siyasi partiya nümayəndələri hesab edirlər ki, bu məsələləri elə Milli Şura vasitəsilə də həll etmək mümkündür: "Ona görə də Milli Şuranın son toplantısında bir sıra qarşıdurmalar yaradıldı. Bütün bunlar Milli Şuranın assosiativ birlik xarakterinin nəzərə alınmamasından irəli gəlir. Milli Şura seçicilərin səsverməsi yolu ilə seçilmiş bir qurum deyil, Milli Şuranın legitimliyi Şuranı təsis edən siyasi qüvvələrin, birliklərin, ayrı-ayrı şəxslərin könüllü olaraq bu assosiativ birliyə qoşulması hesabına yaradılıb. Ona görə də bu birliyin qəbul etdiyi prinsipial qərarlar məhz həmin birliyi yaradan əsas siyasi qüvvələrin, təşkilatların qarşılıqlı razılaşması əsasında həll olunmalıdır. Amma təəssüf ki, dünənki sessiyada səmərəli olmayan bir yol tutuldu və biz yaranmış vəziyyəti Müsavat Partiyasında müzakirə edərək müvafiq qərarlar qəbul edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti