Azərbaycan, Bakı, 9 dekabr /Trend/
Avropa İttifaqı (Aİ) və Ukrayna anlayış əldə etməli və tərəflər arasında assosiasiya haqqında sazişin imzalanmasına səbəb olacaq prosesi bərpa etməlidirlər.
Trend-in "Ukrinform"a istinadən verdiyi məlumata görə, bunu Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa komissarı Ştefan Füle Brüsseldə deyib:
"Mən ümid edirəm ki, Aİ və Ukrayna arasında assosiasiya haqqında sazişin imzalanmasına aparan prosesi bərpa etmək üzrə konsensus əldə olunacaq".
O, qeyd edib ki, müvafiq iş Vilnüs sammitində yüksək siyasi səviyyədə razılaşdırılıb: "Ukraynada mürəkkəb maliyyə vəziyyətin öhdəsindən gəlmək üçün cəmiyyətdə anlayış əldə etmək lazımdır".
Ş.Füle hazırda Ukraynada həll etməyin vacib olduğu digər aktual məsələlər arasında Kiyevdə dinc nümayişçilərə qarşı ifrat güc tətbiqi məsələsinin araşdırılmasını və gələcəkdə belə hərəkətlərin yolverilməzliyini qeyd edib.