...

Yanukoviç: Ukrayna sabah Aİ ilə assosiasiya sazişinin imzalanması üzrə danışıqlara başlayacaq

Siyasət Materials 10 Dekabr 2013 19:25 (UTC +04:00)
Ukrayna sabah Brüsseldə Kiyevlə Avropa İttifaqı (Aİ) arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlıq üzrə danışıqlara başlamaq niyyətindədir.
Yanukoviç: Ukrayna sabah Aİ ilə assosiasiya sazişinin imzalanması üzrə danışıqlara başlayacaq

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Ukrayna sabah Brüsseldə Kiyevlə Avropa İttifaqı (Aİ) arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlıq üzrə danışıqlara başlamaq niyyətindədir.

Trend-in Ukrayna KİV-ə istinadən verdiyi məlumat görə, bunu ölkə Prezidenti Viktor Yanukoviç Ukraynanın sabiq 3 Prezidenti - Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko ilə görüşündə deyib.

V.Yanukoviçin sözlərinə görə, çox güman ki, sabah Baş nazirin müavini Sergey Arbuzovun başçılığı ilə işçi qrupu Brüsselə gedəcək və birgə işçi qrupunun fəaliyyəti başlayacaq: "Avropa Komissiyası bizə bu işə başlamağı təklif edib".

O qeyd edib ki, Ukrayna danışıqlar zamanı ölkə iqtisadiyyatını qane edə biləcək şərtlər əldə etməyə çalışacaq: "Məqsəd çox aydındır. Biz hazırda Ukraynanı, ölkə istehsalçılarını, xalqı qane edə biləcək şərtlər əldə etmək istəyirik. Həmin şərtlər ölkənin inkişafı üçün şərait yaratmalıdır".

Prezident bildirib ki, danışıqlar zamanı bütün məhsul çeşidləri üzrə şərtləri təhlil etmək lazım olacaq: "Aİ ilə bütün məhsul çeşidləri üzrə danışıqlar aparacağıq. Yanaşma bir olacaq. Əgər şərtlər bizi qane etməsə biz onları dəyişdirməyi tələb edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti