...

Yanukoviç: Aİ ilə sazişin hazırlanmasına cavabdeh olanlar işdən kənarlaşdırılacaq

Siyasət Materials 13 Dekabr 2013 17:53 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında saziş Ukraynanın milli maraqları nəzərə alınmadan hazırlanıb.
Yanukoviç: Aİ ilə sazişin hazırlanmasına cavabdeh olanlar işdən kənarlaşdırılacaq

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında saziş Ukraynanın milli maraqları nəzərə alınmadan hazırlanıb. Buna görə də sənədin hazırlanmasına görə cavabdeh olanlar işdən kənarlaşdırılacaq və ya ümumiyyətlə, istefaya göndəriləcək.

Trend-in Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Viktor Yanukoviç "Ukraynayı birləşdirək!" adlı ümummilli "dəyirmi masa"da deyib.

V.Yanukoviç bir daha qeyd edib ki, Ukrayna Avropaya inteqrasiyadan imtina etməyib və etmək fikrində deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti