Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir E.Mehdiyev/
Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasının üzvlərinə müraciət edərək qurumun fəxri sədrliyindən istefa verib. Bu barədə Trend-ə Müsavat Partiyasından məlumat verilib.
Məlumata görə, R.İbrahimbəyov müraciətində qeyd edib ki, onun bu qərarı heç olmasa bir müddət partiyalararası gərginliyi aradan qaldıracaq və Milli Şuranın saxlanmasına yardım edəcək.
Bu gün, həmçinin Milli Şuranın üzvü Eldəniz Quliyev qurumdan istefa vermək qərarına gəlib. Bu barədə E.Quliyev Trend-ə məlumat verib.
E.Quliyev bildirib ki, Şuranın növbəti sessiyasında bu qurumdan istefa verəcəyini açıqlayacaq.
Milli Şuranın fəxri sədri və üzvü qurumdan istefa verdilər
Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasının üzvlərinə müraciət edərək qurumun fəxri sədrliyindən istefa verib.