...

Siyavuş Novruzovdan Milli Şuraya məsləhət: Tövbə qapıları açıqdır, tövbə edə bilərlər

Siyasət Materials 27 Dekabr 2013 16:41 (UTC +04:00)
Milli Şuradakılar siyası maraqları ilə deyil, özlərinin bir-birilərinə olan iddiaları əsasında istefa verirlər. Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən imtinasına və Eldəniz Quliyevin istefa qərarına münasibət bildirərkən deyib:
Siyavuş Novruzovdan Milli Şuraya məsləhət: Tövbə qapıları açıqdır, tövbə edə bilərlər

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir E.Mehdiyev/

Milli Şuradakılar siyası maraqları ilə deyil, özlərinin bir-birilərinə olan iddiaları əsasında istefa verirlər. Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən imtinasına və Eldəniz Quliyevin istefa qərarına münasibət bildirərkən deyib:

"Biz əvvəl də demişdik ki, Milli Şuradakılar ümumxalq, ümumdövlətçilik maraqları deyil, şəxsi maraqlar zəminində toplaşmış insanlardır. Milli Şura adlı qurum artıq yoxdur, dağılmış bir qurumdur. Ona görə də yaxın vaxtlarda Milli Şurada heç kim qalmayacaq. Qalsa bir Cəmil Həsənli qalacaq, o da bilmirəm, kimə sədrlik edəcək, özü özünə, yoxsa başqa bir adama".

S.Novruzov əlavə edib ki, Milli Şuranın perspektivi lap əvvəldən də yox idi: "Vaxtilə biz deyəndə ki, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var, Rusiya qarşısında öhdəlikləri var və digər məsələlər var, bunlar təntənə ilə onun namizədliyini irəli sürürdülər, şəkilini əllərində aparmaq üçün dava edirdilər, onun salamını çatdırmaqdan ötrü növbəyə dururdular. İndi isə Rüstəm İbrahimbəyovu Rusiyanın dövlət orqanlarına, kəşfiyyat orqanlarına işləməkdə ittiham edirlər. Yəni budur bunların dostluğu. Bunların dostluğu 40 gün çəkir, yəni oğurluq, digər məsələlərdə olduğu kimi, bunların dosluğu 40 gündür və 40-dən sonra bunların hansı əqidəyə qulluq etdikləri aydın oldu".

S.Novruzov vurğulayıb ki, vaxtilə YAP-a qarşı ittihamlar səsləndirən Eldəniz Quliyev indi biz dediklərimizi təsdiq edir: "Onlar hamısı haqq yoluna gələcəklər. Tövbə qapıları açıqdır, tövbə edə bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti