...

Meksikada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Siyasət Materials 30 Dekabr 2013 19:48 (UTC +04:00)
Azərbaycanın Meksikadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Meksikada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Azərbaycanın Meksikadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Meksikada yaşayan azərbaycanlı icmasının nümayəndələri - tanınmış elm və mədəniyyət xadimləri də daxil olmaqla cəmiyyətin müxtəlif təbəqələrindən olan həmvətənlilər, habelə Meksikada yaşayan türk icmasının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir İlqar Muxtarov iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edərək, ənənəvi olaraq hər il keçirilən bu tədbirin həmrəylik və milli birliyimizin bir nümayişi olduğunu diqqətə çatdırıb, həmvətənlilərimizi Azərbaycanın təbliği və dövlət maraqlarının təmin edilməsi istiqamətində əməkdaşlığı gücləndirməyə çağırıb.

Sonra tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunub.

Tədbirdə Azərbaycanın milli mətbəxt nümunələrindən ibarət ziyafət verilib, xalq mahnıları səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti