...

Cəmil Həsənli: Milli Şuranın bu günlərdə keçiriləcək yığıncağında bütün məsələlərə aydınlıq gətiriləcək

Siyasət Materials 7 Yanvar 2014 15:58 (UTC +04:00)
Milli Şuranın sədri Cəmil Həsənli Müsavat Partiyasının Şuranı tərk etməsinə münasibət bildirib.
Cəmil Həsənli: Milli Şuranın bu günlərdə keçiriləcək yığıncağında bütün məsələlərə aydınlıq gətiriləcək

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir E.Mehdiyev/

Milli Şuranın sədri Cəmil Həsənli Müsavat Partiyasının Şuranı tərk etməsinə münasibət bildirib.

C.Həsənli Trend-ə açıqlamasında Müsavat Partiyasına uğur dilədiyini deyib: "Mən Müsavat Partiyasına uğur diləyirəm, qalan məsələlərlə bağlı isə yığışıb qərar verəcəyik".

Milli Şura ilə Müsavat Partiyası arasında gələcək əməkdaşlıq məsələsinə münasibət bildirən C.Həsənli qeyd edib ki, bu məsələ ilə bağlı qərar Şura tərəfindən verilməlidir: "Mən Milli Şuranın adından qərar verə bilmərəm. Milli Şuranın bu günlərdə keçiriləcək yığıncağında bütün məsələlərə aydınlıq gətiriləcək".

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan çıxması barədə qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti