...

Azərbaycan və Fransa müdafiə nazirlikləri arasında əməkdaşlıq anlaşması imzalanacaq

Siyasət Materials 13 Yanvar 2014 11:37 (UTC +04:00)
Azərbaycan Respublikasının müdafiə naziri Fransa Respublikasına rəsmi səfərə yola düşüb.
Azərbaycan və Fransa müdafiə nazirlikləri arasında əməkdaşlıq anlaşması imzalanacaq

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İ.İzzət/

Yanvarın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasına rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, general-polkovnik Zakir Həsənovun Fransa Respublikasının Müdafiə naziri cənab Jan-İv Le Drian, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Eduard Qiyo, eləcə də Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərinin rəhbərləri ilə görüşlər keçirməsi, ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparması planlaşdırılır.

Səfər zamanı Azərbaycan Respublikası və Fransa Respublikasının müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq anlaşmasının imzalanması nəzərdə tutulub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Fransa Respublikasına rəsmi səfəri yanvarın 14-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti