...

Obama: 2014-cü il ABŞ üçün dönüş ili olacaq

Siyasət Materials 29 Yanvar 2014 07:02 (UTC +04:00)
2014-cü il Birləşmiş Ştatlar üçün dönüş ili olacaq. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Konqresdə "Ölkənin vəziyyəti barədə" ənənəvi müraciətlə çıxış edən ABŞ Prezidenti Barak Obama deyib.
Obama: 2014-cü il ABŞ üçün dönüş ili olacaq

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

2014-cü il Birləşmiş Ştatlar üçün dönüş ili olacaq. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Konqresdə "Ölkənin vəziyyəti barədə" ənənəvi müraciətlə çıxış edən ABŞ Prezidenti Barak Obama deyib.

B.Obama onun administrasiyasının cari ildə daxili və xarici siyasətinin vəzifələrinin müəyyən edildiyi müraciətdə qeyd edib: "İnanıram ki, bu il Amerika üçün dönüş ili ola bilər. ABŞ qəti səylərindən 5 il sonra 21-ci əsrdə dünyada ən yaxşı mövqedədir.

O, Konqresi cari ili "Hərəkət ili" elan etməyə çağırıb: "Bu, bir çox amerikalının istədiyidir".

Xəbər lenti

Xəbər lenti