...

Mirmahmud Fəttayev: Görün, kim kimlərin haqqında danışır, kimləri nədə ittiham edir?

Siyasət Materials 13 Fevral 2014 17:38 (UTC +04:00)
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Fəttayev jurnalist Xədicə İsmayılovanın hazırladığı bildirilən hesabatda hakimiyyətə çalışan siyasətçilər arasında adının hallanmasına münasibət bildirib.
Mirmahmud Fəttayev: Görün, kim kimlərin haqqında danışır, kimləri nədə ittiham edir?

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.Mehdiyev/

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Fəttayev jurnalist Xədicə İsmayılovanın hazırladığı bildirilən hesabatda hakimiyyətə çalışan siyasətçilər arasında adının hallanmasına münasibət bildirib.

M.Fəttayev Trend-ə açıqlamasında bu iddianın tamamilə əsassız olduğunu bildirib: "Görün, kim kimlərin haqqında danışır və kimləri nədə ittiham edir? Bizi ittham edən adamın özünün üz tutduğu ünvan haradır? O kimlə işləyir? Mən özümü millətimə, dövlətimə əsgər hesab edirəm və bu əsgərlərin də sayı milyonlarladır. Onların sayı milyonlarla olduğuna görə onlar bütün camilərdə var, müxalifətdə də var, iqtidarda da var. Qoy bu əsgərlər haqqında kim nə istəyir danışsın".

Onun sözlərinə görə, bu ideyanın müəllifi sadəcə bir nəfər deyil, bunu arxada danışdıran var: "Mən Vətənim, millətim, dövlətim üçün çalışan, harada, hansı düşərgədə olmasından asılı olmayaraq, hər bir adamla oturub durmağı da şərəf bilirəm. Mən millətimin əsgəri olduğuma görə bunu deyirəm. O ki qaldı mənim o siyahıda adımın yer almasına, mən kimsənin vasitəçisi ola bilmərəm, kimsə də məni vasitəçı tuta bilməz. Mən millətimə və dövlətimə xidmət edirəm".

M.Fəttayevin adının Şeyxülislam Allahşükür Paşazadə ilə bağlanmasına da münasibət bildirib: "O ki, qaldı konkret olaraq Şeyxülislamın adı ilə bağlı, hələ Azərbaycan üçün, region üçün Şeyxülislamın gördüyü işlər qədər bir işlər görmək lazımdır, sonra onun əleyhinə getmək lazımdır. Şeyxülislam bizim dinimizin təmsilçisi olduğuna görə, Şeyxülislam olduğuna görə kifayət qədər gördüyü işlər var. Amma bu məsələdə bizi kimləsə bağlamaq, kimisə də bizimlə bağlamaq sadəcə gülünc doğurur. Məgər ABŞ kimi qocaman bir dövlətin, dünyanın aparıcı bir gücünün mərkəzi kəşfiyyatı o günə qalıb ki, ona mütləq kimsə açıq şəkildə kompromat deməlidir? Sadəcə olaraq kiminsə xüsusi sifarişi var, hamını qaralamaq lazımdır".

Qeyd edək ki, X.İsmayılovanın ABŞ tədqiqatçılarına hesabat hazırlaması barədə məlumat yayılıb. Hesabatda Azərbaycanın müxalifət düşərgəsində bir sıra siyasətçilərin, jurnalistlərin, ictimai fəalların hakimiyyət tərəfindən idarə olunduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti