...

Mayis Güləliyev: Xədicə İsmayılova AXCP-yə rəqib partiyaları sıradan çıxarmağa çalışır

Siyasət Materials 18 Fevral 2014 17:50 (UTC +04:00)
Xədicə İsmayılova ilə əlaqəsi olan müxalifət partiyası digərlərini sıradan çıxarmaq üçün bu siyahını təşkil edə bilər. Bu barədə Trend-ə "Vətən" siyasi blokunun icraçı katibi, Yaşıllar Partiyasının sabiq həmsədri Mayis Güləliyev jurnalist X.İsmayılovanın hazırladığı "hakimiyyətə çalışan siyasətçilərin və ictimai fəalların siyahısı"na münasibət bildirərkən deyib.
Mayis Güləliyev: Xədicə İsmayılova AXCP-yə rəqib partiyaları sıradan çıxarmağa çalışır

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.Mehdiyev/

Xədicə İsmayılova ilə əlaqəsi olan müxalifət partiyası digərlərini sıradan çıxarmaq üçün bu siyahını təşkil edə bilər. Bu barədə Trend-ə "Vətən" siyasi blokunun icraçı katibi, Yaşıllar Partiyasının sabiq həmsədri Mayis Güləliyev jurnalist X.İsmayılovanın hazırladığı "hakimiyyətə çalışan siyasətçilərin və ictimai fəalların siyahısı"na münasibət bildirərkən deyib.

M.Güləliyev qeyd edib ki, X.İsmayılova müəyyən qüvvələri müdafiə etməyə, müəyyən qüvvələri isə gözdən salmağa çalışır.

Onun sözlərinə görə, X.İsmayılovanın fəaliyyəti açıq-aşkar göstərir ki, o, Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) meyilli bir siyasət həyata keçirir: "Misal üçün, onun aparıcılıq etdiyi proqramda qoyulan suallar da bunu göstərir. Hətta elə suallar qoyur ki, jurnalist etikasından kənara çıxır, bir partiyanın üstünlüyünü açıq-aşkar nümayiş etdirir".

M.Güləliyev hesab edir ki, bu, eyni zamanda, ABŞ-da AXCP haqqında müsbət rəy yaratmağa, siyahıda adları qeyd olunanları isə sıxışdırmağa yönəlmiş bir addım ola bilər.

Qeyd edək ki, X.İsmayılovanın ABŞ tədqiqatçılarına hesabat hazırlaması barədə məlumat yayılıb. Hesabatda Azərbaycanın müxalifət düşərgəsində bir sıra siyasətçilərin, jurnalistlərin, ictimai fəalların hakimiyyət tərəfindən idarə olunduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti