...

Əli Əliyevin Eldəniz Quliyevə qarşı qaldırdığı iddia əsasında hazırlıq iclası təxirə salınıb

Siyasət Materials 25 Fevral 2014 14:34 (UTC +04:00)
Bu gün Xətai rayon məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin "El" hərəkatı Ali Məclis sədri Eldəniz Quliyevə qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası təxirə salınıb.
Əli Əliyevin Eldəniz Quliyevə qarşı qaldırdığı iddia əsasında hazırlıq iclası təxirə salınıb

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün Xətai rayon məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin "El" hərəkatı Ali Məclis sədri Eldəniz Quliyevə qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası təxirə salınıb.

VİP-dən Trend-ə verilən məlumata görə, cavabdeh tərəf məhkəməyə göndərdiyi teleqramda Xocalı soyqırımının növbəti ildönümünü və müdafiəsi üçün hələlik vəkil tutmamasını əsas gətirərək, iclasın təxirə salınmasını xahiş edib.

Hakim İbrahim İbrahimli bu müraciəti qəbul edərək, qeyd olunan iddia üzrə hazırlıq iclasını bir həftə müddətinə təxirə salıb.

Ə.Əliyevin xüsusi ittiham qaydasında E.Quliyevə qarşı qaldırdığı iddia əsasında hazırlıq iclası martın 4-nə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti