Azərbaycan, Bakı, 19 mart /Trend/
Rusiya Prezidenti Vladimir Putin Krım və Sevastopolun birləşdirilməsi haqqında qanun layihələrini Dövlət Dumasına təqdim edib.
Trend-in məlumatına görə, bu barədə RİA Novosti aşağı palatanın ictimaiyyətlə əlaqələr idarəsinə istinadən xəbər verir.
Xatırladaq ki, martın 18-də Rusiya və Ukraynanın Krım regionu Krımın və Sevastopol şəhərinin RF-nin tərkibinə daxil olması haqqında saziş imzalayıblar.