Azərbaycan, Bakı, 21 mart /Trend/
Ukrayna və Avropa İttifaqı (Aİ) bu gün Brüsseldə assosiasiya haqqında sazişin siyasi hissəsini imzalayıblar.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Avropa Şurasının mətbuat katibinin müavini Preben Aaman deyib.
O bildirib ki, artıq sazişin siyasi tərəfinin imzalandığını təsdiq edə bilər.