...

Qazaxıstan hökuməti istefa verdi

Siyasət Materials 2 Aprel 2014 17:03 (UTC +04:00)
Qazaxıstanın Baş naziri Serik Axmetov bu gün hökumətin iclasında istefa verdiyini bəyan edib.
Qazaxıstan hökuməti istefa verdi

Qazaxıstan, Astana, 2 aprel /Trend, müxbir D.Muxtarov/

Qazaxıstanın Baş naziri Serik Axmetov bu gün hökumətin iclasında istefa verdiyini bəyan edib.

Trend-in məlumatına görə, Baş nazir deyib ki, dövlət başçısı bu gün onun istefasını qəbul edib.

Ölkə qanunvericiliyinə uyğun olaraq, Nazirlər Kabineti rəhbərinin istefası hökumətin istefası deməkdir. Habelə qanunvericiliyə uyğun olaraq, nazirlər yeni təyinatadək öz səlahiyyətlərini icra etməkdə davam edəcəklər.

Qeyd edək ki, S.Axmetov Qazaxıstan hökumətinə 2012-ci ilin sentyabrından rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti