...

Azərbaycanın millət vəkilləri Bişkekdə TürkPA-nın komissiyalarının iclaslarında iştirak edəcəklər

Siyasət Materials 11 Aprel 2014 20:34 (UTC +04:00)
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlar Əhliman Əmiraslanov və Sədaqət Vəliyeva Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) komissiyalarının iclaslarında iştirak etmək üçün aprelin 14-dən 17-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar.
Azərbaycanın millət vəkilləri Bişkekdə TürkPA-nın komissiyalarının iclaslarında iştirak edəcəklər

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlar Əhliman Əmiraslanov və Sədaqət Vəliyeva Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) komissiyalarının iclaslarında iştirak etmək üçün aprelin 14-dən 17-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qurumun Beynəlxalq əlaqələr komissiyasında "Türkdilli ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələri" mövzusunda məruzə dinləniləcək, tövsiyələr veriləcək. Məruzəni Milli Məclisin deputatı, komissiyanın sədri Ə.Əmiraslanov təqdim edəcək.

Millət vəkilləri N.Cəfərov və S.Vəliyeva isə təşkilatın Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclasında "Türk dili günü" mövzusuna həsr olunmuş müzakirələrə qatılacaqlar. Toplantıda türk dilinin tarixi, inkişafı, tədrisi və tədqiqi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində, həmçinin ekspertlərin iştirakı ilə "Elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq" mövzusunda "dəyirmi masa" keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti