...

Arif Hacılı: Hələlik bələdiyyə seçkilərində hansısa koalisiyada iştirak etmək barədə danışmaq tezdir

Siyasət Materials 14 Aprel 2014 12:24 (UTC +04:00)
Hələlik bələdiyyə seçkilərində hansısa koalisiyada iştirak etmək barədə danışmaq tezdir.
Arif Hacılı: Hələlik bələdiyyə seçkilərində hansısa koalisiyada iştirak etmək barədə danışmaq tezdir

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir E.Mehdiyev/

Hələlik bələdiyyə seçkilərində hansısa koalisiyada iştirak etmək barədə danışmaq tezdir. Bunu Trend-ə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

O, qeyd edib ki, bələdiyyə seçkiləri hələ dekabr ayında keçiriləcək və bütün bunlar bələdiyyə seçkiləri ərəfəsində ölkədə olan siyasi vəziyyətdən asılı olacaq. A.Hacılı hər hansı partiyalarla əməkdaşlığı da istisna etməyib.

"El" Hərəkatı ilə Müsavat Partiyası arasında əməkdaşlıq məsələsinə toxunan A.Hacılı bildirib ki, bu məsələ müzakirə ərəfəsindədir: "Bilirsiniz ki, "El" Hərəkatı öz qurultayına hazırlaşır. Yəqin ki, "El" hərəkatı ilə bağlı əməkdaşlıq məsələsinə bu proseslər yekunlaşdıqdan sonra aydınlıq gətirmək mümkün olacaq".

Qeyd edək ki, Müsavat Partiyası 2014-cü il dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti