...

Müdafiə sənayesi naziri Qazaxıstanın müdafiə nazirini qəbul etdi

Siyasət Materials 22 Aprel 2014 12:35 (UTC +04:00)
Aprelin 22-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Qazaxıstanın müdafiə naziri Serik Axmetovun başçılıq etdiyi nümayəndə heyətilə görüşdü.
Müdafiə sənayesi naziri Qazaxıstanın müdafiə nazirini qəbul etdi

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İzzət/

Aprelin 22-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Qazaxıstanın müdafiə naziri Serik Axmetovun başçılıq etdiyi nümayəndə heyətilə görüşdü.

Trend-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verdi.

Səmimi və mehribançılıq şəraitində keçən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev görüşdə iştirak edirdi.

Səfər çərçivəsində nümayəndə heyəti MSN-in bir neçə müəssisəsində oldu, istehsal prosesini yaxından izlədi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti