...

Alper Coşqun: Azərbaycan Prezidentinin Praqadakı çıxışı iki dövlətin münasibətlərinin hansı səviyyədə olmasının göstəricisidir

Siyasət Materials 28 Aprel 2014 12:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Praqadakı çıxışı iki dövlətin münasibətlərinin hansı səviyyədə olmasının göstəricisidir.
Alper Coşqun: Azərbaycan Prezidentinin Praqadakı çıxışı iki dövlətin münasibətlərinin hansı səviyyədə olmasının göstəricisidir

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir S.Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyevin Praqadakı çıxışı iki dövlətin münasibətlərinin hansı səviyyədə olmasının göstəricisidir. Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumundan sonra jurnalistlərə verdiyi açıqlamada bildirib.

Səfir qeyd edib ki, bu çıxışdan sonra Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Alper Coşqun deyib: "Bunu bilmək lazımdır ki, dünyada Azərbaycana və ya Türkiyəyə, ümumilikdə türk dünyasına qarşı türk tarixi ilə bağlı haqsızlıq olduqda buna qarşı mübarizəni Azərbaycan və Türkiyə tək başına deyil, bir yerdə aparacaqlar".

Onun sözlərinə görə, Türkiyə bundan sonra Azərbaycanla bir yerdə fəaliyyət göstərəcək.

II Qlobal Açıq Cəmiyyətlər Forumunun Azərbaycanda keçirilməsinə münasibət bildirən səfir bunun Azərbaycanın günü-gündən artan beynəlxalq nüfuzunun göstəricisi olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Şərq Tərəfdaşlığı sammitində Ermənistan Prezidenti Serj Sarkisyanın qondarma "erməni soyqırımı" ilə bağlı çıxışına sərt cavab verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti