...

Viktor Yuşenko: Bir sıra münaqişələr Rusiya tərəfindən qızışdırılır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Aprel 2014 18:54 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanda Abxaziya və Cənubi Osetiya və bu gün Ukraynada baş verən münaqişə Rusiya tərəfindən qızışdırılır.
Viktor Yuşenko: Bir sıra münaqişələr Rusiya tərəfindən qızışdırılır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanda Abxaziya və Cənubi Osetiya və bu gün Ukraynada baş verən münaqişə Rusiya tərəfindən qızışdırılır. Trend-in məlumatına görə, bu barədə Ukraynanın keçmiş Prezideti Viktor Yuşenko Bakıda təşkil edilən II Qlobal Açıq Cəmiyyətlər Forumu çərvivəsində "Açıq cəmiyyətlər mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu kimi" mövzusunda keçirilən sessiya zamanı deyib.

O, qeyd edib ki, ötən illər ərzində Azərbaycanın ərazilərinin 20 faizi işğal olundu, Gürcüstan ərazisinin bir hissəsini itirdi və ardınca da indi Ukrayna itirir, faktiki işğala məruz qalır: "Amma hamınız, dünya susursunuz. Niyə?"

V.Yuşenko bildirib ki, sadaladığı bütün işğallar birbaşa rəsmi Moskva tərəfindən qızışdırılır, yaxud həyata keçirilir.

Sabiq dövlət başçısı regionda baş verənlərin həllinə çağıraraq deyib ki, əgər həmrəy olmasaq, Dağlıq Qarabağda, Abxaziyada, eləcə də Krımda uduzacağıq.

O, qeyd edib ki, Ukrayna Rusiya, ABŞ və digər ölkələrdən ən yüksək səviyyədə ərazi bütövlüyünə zəmanət alıb. Əgər bu alət işləməsə, o zaman ümumiyyətlə beynəlxalq təcrübədə işləyəcəyini demək çətindir: "Budapeşt Memorandumunun tələb etdiyi kimi, Avropa və ABŞ-ın mövqeyinin birləşdirilməsini görmək istərdim".

Sabiq dövlət başçısı bildirib ki, ən əsası Rusiyaya valyuta və iqtisadi sahədə təsir göstərməkdir: "Belə ki, Kreml iki məsələdən - dünyanın reaksiyasından və öz xalqından ehtiyat edir. Buna görə də dünyanın reaksiyası dəqiq olmalıdır".

Onun sözlərinə görə, hələ ki belə dəqiqlik yoxdur və buna görə də beynəlxalq alətlərin vəziyyətə təsirindən danışmaq çətindir: "Ukrayna münaqişəsinin həlli variantı var və bu, beynəlxalq kontekstdədir. Hərçənd Ukrayna daxili vəziyyəti də qaydada salmalıdır. Cəmiyyət və dünyaya Ukraynadakı vəziyyətlə bağlı konkret çağırışlar ünvanlamaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti