...

Yardımlıda avtomobil yolunun tikintisi üçün 4,3 milyon manat ayrılıb

Siyasət Materials 15 May 2014 19:05 (UTC +04:00)
Prezident İlham Əliyev Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Yardımlıda avtomobil yolunun tikintisi üçün 4,3 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 15 may /Trend/

Prezident İlham Əliyev Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, on üç min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon manatı Yardımlı Rayon İcra Hakimiyyətinə ayrılır.

Bu məbləğdə maliyyələşmənin müəyyən olunmuş qaydada təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti