...

Ann Brasör: Azərbaycanın ərazi bütövlüyünün qorunması əsas məqsədlərimizdəndir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 May 2014 14:05 (UTC +04:00)
"Azərbaycan Avropa Şurasının konvensiyalarının çoxunu ratifikasiya edib və bu münasibətlə mən ölkəni təbrik edirəm".
Ann Brasör: Azərbaycanın ərazi bütövlüyünün qorunması əsas məqsədlərimizdəndir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir S.Əhmədova/

"Azərbaycan Avropa Şurasının konvensiyalarının çoxunu ratifikasiya edib və bu münasibətlə mən ölkəni təbrik edirəm". Trend-in məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında AŞPA sədri Ann Brasör deyib.

A.Brasör Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrə toxunaraq bildirib ki, Avropa Şurasına üzv olan hər bir ölkənin ərazi bütövlüyünün qorunması əsas məqsədlərdəndir: "Bu təkcə Azərbaycana yox, digər ölkələr də aiddir".

Onun sözlərinə görə, Azərbaycanda insan hüquqları, sərbəst toplaşma kimi sahələrdə problemlər mövcuddur.

Ann Brasör bildirib ki, AŞPA Monitorinq Komitəsinin hesabatında Azərbaycanda siyasi məhbuslar məsələsinə toxunulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti