...

Ann Brasör: AŞ Nazirlər Komitəsinə sədrlik dövründə Azərbaycanın bəyan etdiyi prioritetlər Avropa Şurasının gündəliyində aktuallıq kəsb edən məsələlərdir

Siyasət Materials 23 May 2014 18:21 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasörün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ann Brasör: AŞ Nazirlər Komitəsinə sədrlik dövründə Azərbaycanın bəyan etdiyi prioritetlər Avropa Şurasının gündəliyində aktuallıq kəsb edən məsələlərdir

Azərbaycan, Bakı, 23 may /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasörün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında E.Məmmədyarov Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edərək, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik dövründə Azərbaycanın təşkilatın fəaliyyətinə öz töhfəsini verəcəyini bildirib.

A.Brasör Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik dövründə Azərbaycanın bəyan etdiyi prioritetlərin Avropa Şurasının gündəliyində aktuallıq kəsb edən məsələlər olduğunu bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə toxunan nazir vurğulayıb ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti