...

Prezident İlham Əliyev Strasburqda AŞ PA sədri, AŞ-nin katibi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri ilə görüşüb (FOTO)

Siyasət Materials 24 İyun 2014 15:19 (UTC +04:00)
Fransa Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brasör ilə görüşmüşdür.
Prezident İlham Əliyev Strasburqda AŞ PA sədri, AŞ-nin katibi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Fransa Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri xanım Ann Brasör ilə görüşmüşdür.

Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasör Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Dövlətimizin başçısı Avropa Şurasının Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olundu. Azərbaycanda insan haqları və demokratikləşmə sahəsində görülən işlər, o cümlədən Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparıldı.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Strasburqda Avropa Şurasının baş katibi Torbörn Yaqland ilə görüşmüşdür.

Görüşdə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə prioritet təşkil edən məsələlər müzakirə olundu.

Prezident İlham Əliyev son illərdə Azərbaycanda gedən demokratik inkişaf prosesləri və bu sahədə aparılan islahatlar barədə məlumat verdi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

İyunun 24-də Strasburqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman ilə də görüşü olmuşdur.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Görüşdə Azərbaycanın hüquq mühafizə orqanları ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti